Moskvadan İrəvana SON XƏBƏRDARLIQ – Kremlin səfir gedişinin PƏRDƏARXASI

Daha öncə məsləhətləşmələr üçün Moskvaya çağırılan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin artıq iki gündür ki, İrəvana qayıdıb.

Bu barədə “RIA Novosti”yə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib:

“Sergey Pavloviç məsləhətləşmələrdə iştirak edib və bildiyimə görə, o, artıq İrəvandadır”. 

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi mayın sonunda Rusiyanın İrəvandakı səfirinin məsləhətləşmələr üçün Moskvaya çağırıldığına dair məlumat yaymışdı. 

Səfərin geri çağırılmasının İrəvanla Moskva arasında yaşanan soyuqluqla bağlı olduğu bildirilirdi. Belə ki, Ermənistanın son zamanlar Qərblə əməkdaşlığı genişləndirmək cəhdi, bunun müqabilində KTMT, MDB tədbirlərində iştirakdan yayınması Moskvanın ciddi narazılığı ilə qarşılanırdı. Bu fonda mayın sonlarında Rusiyanın İrəvandakı səfiri məsləhətləşmələr adı ilə geri çağırılmışdı. 

Maraqlıdır, görəsən, Rusiya səfirini niyə geri çağırmışdı və indi niyə yenidən İrəvana qaytardı? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, səfirin geri çağırılması və yenidən İrəvana qaytarılması əslində Kreml tərəfindən Ermənistana edilən bir xəbərdarlıqdır: 

“Səfirlərin geri çagrilmasi halları-beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş huquqi normativ aktdir. Adətən dövlətlərarası münasibətlərdə böhran yaşandığı hallarda səfirlər məsləhətləşmələr üçün geri çağırılır. Ermənistan iqtidarının son illər məqsədyönlü şəkildə həyata keçirdiyi siyasət  nəticəsində tərəflər arasında münasibətlərdə böhran dərinləşmiş, nəticə etibarilə Rusiyanın İrəvandakı səfirinin məsləhətləşmələr üçün geri çağrılmasına ehtiyac yaranmışdı”. 

Ekspert qeyd edir ki, Ermənistanla Rusiya arasında dövlətlərarası münasibətlərdə yaşanan böhran Paşinyan iqtidarının qəbul etdiyi qərarlardan qaynaqlanır: 

“Rəsmi İrəvanın KTMT-nin, Avrasiya İqtisadi İttifaqının tədbirlərinə qatılmasından imtina etməsi, hətta MDB tədbirlərində təmsilçilikdən boyun qaçırması, ABŞ və Avropda ilə əməkdaşlığında Rusiyaya yönəlik siyasətin güclənməsi isə öz ərazisində AB-nin Moskvaya qarşı kəşfiyyat işinin aparmalarına şərait yaratmaq istəyi ilə bağlıdır. 

Rusiya ilə müttəfiq olmasına baxmayaraq rəsmi İrəvanın Ukraynanı müdafiə edən bəyanatları da Moskvanın narazılığına səbəb olurdu. Səfirin geri çağırılması və yenidən İrəvana qaytarılması əslində Kreml tərəfindən rəsmi İrəvana Moskva tərəfindən edilən xəbərdarlıqdır”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda Enerji Effektivliyi İnformasiya Sistemi YARADILACAQ

Azərbaycanda Enerji Effektivliyi İnformasiya Sistemi YARADILACAQ

Sosial şəbəkələrdə bu məlumatların yayılması QADAĞAN EDİLDİ

Sosial şəbəkələrdə bu məlumatların yayılması QADAĞAN EDİLDİ

Laçında məktəblilərin qar sevinci - FOTO

Laçında məktəblilərin qar sevinci - FOTO

Bu su anbarları yenidən qurulur - FOTO

Bu su anbarları yenidən qurulur - FOTO

Üzvlük haqqı ilə bağlı iddialara Yazıçılar Birliyindən CAVAB

Üzvlük haqqı ilə bağlı iddialara Yazıçılar Birliyindən CAVAB

Kosmos tarixində İLK "tibbi təxliyə" – FOTO

Kosmos tarixində İLK "tibbi təxliyə" – FOTO

Şahbaz Şərif İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Şahbaz Şərif İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Ermənistan Türkiyə və Azərbaycanla bağlı Rusiyadan nəyi xahiş edib?

Ermənistan Türkiyə və Azərbaycanla bağlı Rusiyadan nəyi xahiş edib?

Paşinyan əsas problemin Ermənistanda olduğunu ETİRAF ETDİ

Paşinyan əsas problemin Ermənistanda olduğunu ETİRAF ETDİ

İranın yük gəmisi Xəzər dənizində qəzaya uğradı – 14 nəfər…

İranın yük gəmisi Xəzər dənizində qəzaya uğradı – 14 nəfər…

Qlobal böhran fonunda İCTİMAİ MƏSULİYYƏT – Sudan qənaətlə istifadənin STRATEJİ ƏHƏMİYYƏTİ

Qlobal böhran fonunda İCTİMAİ MƏSULİYYƏT – Sudan qənaətlə istifadənin STRATEJİ ƏHƏMİYYƏTİ

Afrika Millətlər Kubokunda finalçılar BƏLLİ OLDU

Afrika Millətlər Kubokunda finalçılar BƏLLİ OLDU

“Azərbaycanla bağlı bu məlumat yalandır” - ABŞ Səfirliyi

“Azərbaycanla bağlı bu məlumat yalandır” - ABŞ Səfirliyi

SON DƏQİQƏ: ABŞ TRIPP layihəsi üçün ilkin olaraq 140 milyon dollar ayırdı

SON DƏQİQƏ: ABŞ TRIPP layihəsi üçün ilkin olaraq 140 milyon dollar ayırdı

Hadrut sakini: " Buranın təbiəti o qədər gözəldir ki...” – VİDEO

Hadrut sakini: " Buranın təbiəti o qədər gözəldir ki...” – VİDEO

"Azərbaycan Mədəniyyəti – 2040" - Mədəniyyət dövlətin strateji dayağı kimi

"Azərbaycan Mədəniyyəti – 2040" - Mədəniyyət dövlətin strateji dayağı kimi

Şahin Şıxlinskinin cinayət işindən yeni xəbər var

Şahin Şıxlinskinin cinayət işindən yeni xəbər var

Şəhid Orxan Cumayevin doğum günü qeyd olundu – FOTO

Şəhid Orxan Cumayevin doğum günü qeyd olundu – FOTO

Pensiya yaşı azaldılır? – RƏSMİ CAVAB

Pensiya yaşı azaldılır? – RƏSMİ CAVAB

Magistratura imtahanlarında dəyişiklik edildi - RƏSMİ

Magistratura imtahanlarında dəyişiklik edildi - RƏSMİ

Halit Ergenç Londonda özünə biznes qurub

Halit Ergenç Londonda özünə biznes qurub

Dəm qazından ölən türkiyəli tələbə sahibkarın qızı imiş

Dəm qazından ölən türkiyəli tələbə sahibkarın qızı imiş

Zəka Mirzəyevdən XƏBƏRDARLIQ – “Bu şəxslərə güvənməyin”

Zəka Mirzəyevdən XƏBƏRDARLIQ – “Bu şəxslərə güvənməyin”

Elvin Quliyev işdən çıxarıldı

Elvin Quliyev işdən çıxarıldı

End of content

No more pages to load

RADİO