“ABŞ-ın Gürcüstan rəhbərliyinə qarşı sanksiyaları təhqiramizdir və ölkələr arasında tərəfdaşlıq ruhuna uyğun gəlmir”.
Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Berlində Ukraynanın bərpası üzrə konfransı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
“Baxmayaraq ki, sanksiyalar qeyri-ciddiliklə yanaşı, ölkəmizi və xalqımızı təhqir edir, əslində məsələ olduqca ciddidir, bu da tərəfdaşlıq ruhuna uyğun gəlmir”, - Kobaxidze jurnalistlərə bildirib.
Koaxidze bu sanksiyalara yenidən baxılacağına ümid etdiyini qeyd edib.
Qeyd edək ki, iyunun 6-da ABŞ Dövlət Departamenti respublikanın parlament və hökumət üzvləri də daxil olmaqla, onlarla Gürcüstan vətəndaşına qarşı viza sanksiyaları tətbiq edib.
Bizim.Media