Makron Fransa prezidenti postundan istefa verə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Avropa 1" radiostansiyası öz mənbələrinə istinadən yayıb.
Nəşr qeyd edir ki, Emmanuel Makron istefasını yaxın ətrafı ilə ciddi müzakirə edir.
Radiostansiyanın məlumatına görə, ölkədə keçirilən növbədənkənar parlament seçkilərində onun rəhbərlik etdiyi Renessans bloku deyil, sağçı müxalifət qalib gələrsə, Makron bu addımı atacaq.
Bizim.Media