Qüdsdə İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Dövlət katibi Antoni Blinken arasında görüş başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.
Görüşdə girov məsələsində HƏMAS-la razılığa gəlmək səylərinin müzakirə olunacağı gözlənilir.
Oktyabrın 7-də başlayan HƏMAS hücumundan sonra İsrailə səkkizinci səfərində Blinkenin müdafiə naziri Yoav Qalantla görüşü də planlaşdırılıb.
ABŞ dövlət katibi Qahirədən İsrailə gəlib və orada prezident Əbdülfəttah əs-Sisi ilə görüşüb. Ölkə mətbuatının məlumatına görə, danışıqların əsas mövzusu İsrail və HƏMAS arasında razılığa gəlmək üçün vasitəçilik səyləri olub.
Bizim.Media