İyul-avqust aylarında Türkiyədə rekord istilər gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə İstanbul texniki universitetinin mütəxəssisi Orxan Şen bildirib.
"Çox ehtimal, biz rekord vuracağıq. Ötən il şəhərdə 85 ilin ən qızmar günündə 40,6 dərəcə isti qeydə alınıb. Bu il çox ehtimal 42-43 dərəcə olacaq", - deyə meteoroloq bildirib.
Bizim.Media