Yaponiyalı gənc yaxta ilə dünya turunu başa vurdu

Yaponiya hərbi dəniz qüvvələrinin keçmiş mənsubu Hirotsuqu Kimura 231 günə yaxta ilə dünya turunu başa vurub.

Bizim.Media Yaponiya mediasına istinadla xəbər verir ki, 24 yaşlı Hirotsuqu Kimura səyahətinə ötən ilin oktyabrın 22-də Hyoqo prefekturasının Nişinomiya şəhərindən başlayıb. 

Bu, onun yaxta ilə 2-ci dünya səyahəti cəhdi olub. 2022-ci ildəki cəhdi mexaniki nasazlıq səbəbindən yarım qalmışdı.
Hirotsuqu Kimura 52 min kilometrlik səyahəti zamanı Sakit okeanının cənubundan, Çilinin cənubundakı Horn burnundan, Cənubi Afrikanın Ümid burnundan və Avstraliya sahillərindən keçərək iyunun 8-də Yaponiyanın Vakayama prefekturasına çatıb. O, özü ilə kifayət qədər ərzaq və digər lazımi ehtiyat götürdüyü üçün səyahətini heç bir limana yan almadan və kənardan təchizat yardımı almadan başa vurub.

“Çox xoşbəxtəm. Hər şeydən çox, sağ qayıtmaqdan məmnunam”, - deyə gənc dənizçi səyahət hisslərini bu cür ifadə edib.

Qeyd edək ki, Hirotsuqu Kimura həmvətəni Kociro Şiraişinin 1994-cü ildə 26 yaşında reallaşdırdığı səyahət rekordunu yaşına görə yeniləyib. Elə Hirotsuqu Kimuranı dünya turuna həvəsləndirən də həmvətəni Kociro Şiraişinin uğuru olub. Orta məktəb illərində dənizçilik klubunun üzvü olan Hirotsuqu Kimura dünya dəniz səyahətinə çıxmağı arzu edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü QEYD OLUNDU - FOTO

Paytaxtın bu ərazisində QAZ OLMAYACAQ

Paytaxtın bu ərazisində QAZ OLMAYACAQ

Toyuğun ƏN FAYDALI hissəsi açıqlandı

Toyuğun ƏN FAYDALI hissəsi açıqlandı

Voleybolçularımız III MDB Oyunlarında QƏLƏBƏ QAZANDILAR

Sumqayıt yolunda AĞIR QƏZA baş verib - VİDEO

Türk Hava Yolları İrəvana uçuşlar HƏYATA KEÇİRƏCƏK

İtaliya Prezidentinin şərəfinə rəsmi ZİYAFƏT VERİLDİ

Nəzrin Mansurlunun ölümü ilə bağlı plastik cərrahın MƏHKƏMƏSİ KEÇİRİLDİ

Qarabağ atları Çempionlar Liqasının oyununda!

Vardanyanın məhkəməsində zərərçəkmişlərin ifadələri DİNLƏNİLDİ - FOTO

Sabah İtaliya-Azərbaycan Universitetinin AÇILIŞI OLACAQ

Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi

Filippin sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu - VİDEO

“Səbail”də növbəti LEGİONER

“Səbail”də növbəti LEGİONER

İtaliya Prezidenti: “Azərbaycanla dostluqdan çox fərəhlənirik”

Taekvondo millimiz III MDB Oyunlarını 22 medalla başa vurdu - FOTO/VİDEO

Sercio Mattarella: “Ölkələrimiz arasındakı strateji tərəfdaşlığa mühüm dəyər veririk”

Kürdəmirdə bir küçədə iki qəza olub - FOTO/VİDEO

“İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır” - İlham Əliyev

İlham Əliyev: “İtaliya hər zaman Azərbaycanın Aİ ilə əlaqələrinin inkişafına dəstək verib”

Masazır stadionunda işıqlar niyə sönmüşdü? – “Sabah”dan AÇIQLAMA – VİDEO

Prezident: “TAP-ın, Cənub Qaz Dəhlizinin açdığı yol daha böyük layihələrə yol açır” - VİDEO

Prezident: “Azərbaycan nefti İtaliyanın neft balansında birinci, qazı ikinci yerdədir” - VİDEO

“Qarabağ”dan Respublika stadionunda növbəti YENİLİK - FOTO

End of content

No more pages to load

RADİO