"Barselona"nın futbolçusu İlkay Gündoğanın klubdakı gələcəyi məlum olub.
Bizim.Media "Marca"ya istinadən xəbər verir ki, 33 yaşlı futbolçu müqaviləsini tam başa çatdırmaq üçün Kataloniya klubunda daha bir mövsüm qalmağa qərar verib.
Daha əvvəl "Qalatasaray"ın baş məşqçisi Okan Buruk Gündoğanı komandasında görmək istədiyini etiraf etmişdi. Lakin yarımmüdafiəçi transferdən imtina edib.
Gündoğan ötən yay "Barselona"ya keçib. Bu müddət ərzində o, 51 oyuna çıxıb, 5 qol vurub və 14 qolun ötürməsini verib.
Bizim.Media