Fələstin Prezidenti Mahmud Abbas BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.
Bizim.Media WAFA agentliyinə istinadən xəbər verir ki, o bunu İsrailin Qəzzanın mərkəzi hissəsindəki Nuseyrat qaçqın düşərgəsinə hücumları ilə əlaqədar edib.
Məlumata görə, Fələstin lideri İsrail təcavüzünə qarşı BMT Təhlükəsizlik Şurasının fövqəladə sessiyasını çağırmaq üçün müvafiq ərəb və beynəlxalq tərəflərlə əlaqə saxlamağa çalışır.
Qeyd edək ki, bu gün İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağında keçirdiyi quru əməliyyatı zamanı 7 oktyabr 2023-cü ildə musiqi festivalına hücum zamanı HƏMAS tərəfindən əsir götürülən 4 girovu azad edib.
Bizim.Media