Dağıstanın rəhbəri Sergey Melikov respublikaya pilotsuz təyyarənin hücumu ilə bağlı yayılan məlumatları təkzib edib.
Bizim.Media xəbər verir ki, o, əhalini saxta məlumatlara inanmamağa və yalnız rəsmi mənbələrə etibar etməyə çağırıb.
Eyni zamanda, rayon rəhbəri respublikada bütün hakimiyyət orqanlarının xüsusi rejimdə işləyəcəyini vurğulayıb.
Qeyd edək ki, bu gün “Telegram” kanallarında Dağıstan Respublikasına ilk dəfə PUA hücumunun olduğu, hücumun pulemyotlarla dəf edildiyinə dair video görüntülər yayılıb.
Bizim.Media