Azərbaycanın U-21 millisi bu gün yoldaşlıq oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Samir Əliyevin komandası səfərdə Slovakiya U-21-i ilə üz-üzə gəlib və 2:3 hesabı ilə uduzub.
Görüş Bratislavadakı Senec Məşq Mərkəzində oynanılıb. Bu matç Bakı vaxtı ilə saat 20:30-da başlayıb.
Qeyd edək ki, U-21 iyunun 11-də Bakıda Bolqarıstan kollektivi ilə qarşılaşacaq.
Yoldaşlıq oyunu
20:30. Slovakiya U-21 - Azərbaycan U-21 - 3:2
Qollar: Nino Marçelli, 20 (1:0), 27 (2:0), Mario Sauer, 72 (3:0), Samir Abdullayev, 70 (3:1), Ağadadaş Salyanski, 89 (3:2)
Bizim.Media