Azərbaycan və Şimali Kipr parlamentləri arasında əlaqələr müzakirə edilib - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü Plenar iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Məclisinin sədri Zorlu Töre ilə görüşüb.

Bu barədə Bizim.Media Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə plenar iclasın yüksək səviyyədə təşkil olmasından məmnunluq ifadə edilərək, bildirilib ki, TÜRKPA qanunvericilik orqanlarımız arasında əməkdaşlığın daha da genişləndirilməsi və yeni istiqamətlər üzrə zənginləşdirilməsi baxımından əhəmiyyətli platformadır. Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın bu təşkilata sədrlik edəcəyi qarşıdakı dövrdə parlamentlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi istiqamətində bütün zəruri addımların atılacağını söyləyib.

Söhbət zamanı Prezident İlham Əliyevin iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən, səsləndirdiyi çox mühüm fikirlərə diqqət çəkilərək, Azərbaycan dövlət başçısının rəhbərliyi ilə Türk dünyasının gücləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişafı istiqamətində gördüyü işlərin önəmi qeyd edilib.
Görüşdə 2023-cü ilin oktyabrında Bakıda “Şimali Kipr Türk Cümhuriyyəti Mədəniyyət və Təqdimat Günləri"nin keçirilməsi, bu çərçivədə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü məmnunluqla xatırlanıb.

Söhbət zamanı qanunverici orqanlar arasında əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb. Zorlu Töre bu ilin aprelində Milli Məclisdə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasına görə təşəkkürünü ifadə edərək, deyib ki, Azərbaycanın bu addımı Şimali Kipr Türk Cümhuriyyətində yüksək minnətdarlıqla qarşılanıb.

Görüşdə həmçinin, dostluq qrupları və deputatlar arasında təmasların artırılması, qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəmkirdə 18 yaşlı oğlanın meyiti TAPILDI

Şəmkirdə 18 yaşlı oğlanın meyiti TAPILDI

Münhen klubunu TƏRK EDƏCƏK

Münhen klubunu TƏRK EDƏCƏK

Üç möcüzə üçün BUNU YEYİN

Üç möcüzə üçün BUNU YEYİN

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

Mayda 14 gün iş yoxdur

Mayda 14 gün iş yoxdur

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

Millimiz Maltaya UDUZDU

Millimiz Maltaya UDUZDU

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

End of content

No more pages to load

RADİO