Rusiyada baş verən tramvay qəzasında xəsarət alanların sayı 146 nəfərə çatıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə qəzadan sonra yaradılmış operativ qərargahdan məlumat verilib.
Məlumata görə, xəsarət alan 126 nəfər ambulator müalicə üçün evə buraxılıb. Daha 20 nəfərin isə xəstəxanada müalicəsi davam edir.
Qeyd edək ki, ötən gün Rusiyanın Kemerovo şəhərində dəhşətli olay yaşanıb. Belə ki, tramvay böyük sürətlə hərəkət etdiyi zaman qapıları yerindən qopub və bir neçə sərnişin tramvaydan yola yıxılıb.
Bizim.Media