“Qərb Gürcüstana yardımları kəsəcək, sonra isə...” – Zərdüşt Əlizadə

“Gürcü arzusu” hökumətinin “xarici agentlər haqqında” qanunu qəbul etməsindən sonra Qərb Gürcüstandan qisas almağa başlayıb.

Belə ki, ABŞ başda olmaqla Qərb Tiflisə qarşı sanksiyaların tətbiqinə start verib. 

Belə ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə Vaşinqtonun “Gürcü Arzusu” partiyasının üzvlərinə, parlament üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və fərdi şəxsləri əhatə edən viza məhdudiyyətlərinin ilk dalğasını elan edib. O bildirib ki, viza məhdudiyyətlərinin birinci dalğası 24-34 nəfəri əhatə edir. 

Dövlət katibi Entoni Binken isə bildirib ki, viza məhdudiyyətləri Gürcüstanda demokratiyaya xələl gətirilməsinə görə məsul olan şəxslərə və onların ailə üzvlərinə şamil olunacaq. 

Hətta qeyd edilir ki, Vaşinqton Gürcüstanda qəbul edilən "xarici təsir haqqında" qanunla bağlı əlavə tədbirlər görməyə də hazırdır.

Bu fonda maraqlıdır, Tiflisi başqa hansı “cəza”lar gözləyir? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Zərdüşt Əlizadənin fikrincə, Qərb mövcud vəziyyətdə Tiflisə qarşı siyasi, iqtisadi, təhsil və digər sahələr üzrə sanksiyalar tətbiq edəcək:

“Görünən odur ki, Qərb sözün həqiqi mənasında Gürcüstana qarşı sanksiyalara başlayır. Bu fonda Qərb növbəti addım olaraq, Gürcüstanın Avropa İttifaqına inteqrasiyası barədə namizədlik danışıqlarını dayandıra bilər. Bunun baş verməsi Tiflis hakimiyyəti üçün ciddi cəza hesab olunacaq. Belə bir addımın atılması seçkilər ərəfəsində mövcud hakimiyyətlə Avropa İttifaqına üzv ola bilməyəcəkləri barədə əhaliyə yönəldilən açıq siqnaldır. 
Bundan başqa, “Gürcü arzusu” hakimiyyətində təmsil olunan yüksək ranqlı məmurların Amerika və Avropada oxuyan övladlarını da geri göndərə bilərlər. İqtisadi sahədə aparılan danışıqlar da dayanacaq. Gürcüstana Qərbdən heç bir kredit, yardım, dəstək verilməyəcək. Bunun özü Tiflis üçün ciddi cəza olacaq. Çünki Gürcüstanın gəlir mənbələri məhduddur. Qərb Tiflisi cəzalandırmaq üçün bu cür sərt təpki alətlərindən istifadə edə bilər”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Özəl sektor üçün yeni güzəşt müəyyənləşdi

Özəl sektor üçün yeni güzəşt müəyyənləşdi

Ermənistan malları Avropa buraxılmayacaq – Kəşfiyyat məlumatları üzə çıxdı

Ermənistan malları Avropa buraxılmayacaq – Kəşfiyyat məlumatları üzə çıxdı

Prezident Tacikistana yeni səfir təyin etdi – SƏRƏNCAM

Prezident Tacikistana yeni səfir təyin etdi – SƏRƏNCAM

Fransada bir ay ərzində üç muzey qarət olunub

Fransada bir ay ərzində üç muzey qarət olunub

Əlimirzamin Əskərov Qazaxıstana səfir TƏYİN EDİLDİ

Əlimirzamin Əskərov Qazaxıstana səfir TƏYİN EDİLDİ

Qazaxıstandakı səfirimiz də geri çağırıldı – SƏRƏNCAM

Qazaxıstandakı səfirimiz də geri çağırıldı – SƏRƏNCAM

Kriştiano Ronaldo "Kingsman"ın rejissoru ilə serial çəkir

Kriştiano Ronaldo "Kingsman"ın rejissoru ilə serial çəkir

Goranboyda maşın arakəsməyə çırpıldı - Xəsarət alanlar var - FOTO

Goranboyda maşın arakəsməyə çırpıldı - Xəsarət alanlar var - FOTO

Azərbaycanın Tacikistandakı səfiri geri ÇAĞIRILDI

Azərbaycanın Tacikistandakı səfiri geri ÇAĞIRILDI

Azərbaycanın Hindistandakı səfiri geri çağırıldı, İtaliyaya TƏYİN EDİLDİ

Azərbaycanın Hindistandakı səfiri geri çağırıldı, İtaliyaya TƏYİN EDİLDİ

Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya QOŞULUR

Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya QOŞULUR

Elşad Xosenin Psixiatriya xəstəxanasına yerləşdirilməsi iddiasına Səhiyyə Nazirliyindən CAVAB

Elşad Xosenin Psixiatriya xəstəxanasına yerləşdirilməsi iddiasına Səhiyyə Nazirliyindən CAVAB

Qəbələdə Azərbaycanla Ukrayna arasında imzalanan sənəd TƏSDİQLƏNDİ

Qəbələdə Azərbaycanla Ukrayna arasında imzalanan sənəd TƏSDİQLƏNDİ

Xırdalanda tikinti şirkəti vətəndaşın hasarını UÇURUB -VİDEO

Xırdalanda tikinti şirkəti vətəndaşın hasarını UÇURUB -VİDEO

Çox yüngül uçuş aparatlarının uçuş qaydaları müəyyənləşəcək

Çox yüngül uçuş aparatlarının uçuş qaydaları müəyyənləşəcək

Zidan Fransa millisinin baş məşqçisi təyin edildi

Zidan Fransa millisinin baş məşqçisi təyin edildi

Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi – FOTO

Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi – FOTO

Dünya çempionatı: Elmir Çərkəzov 1/4 finala çıxdı

Dünya çempionatı: Elmir Çərkəzov 1/4 finala çıxdı

İrandan Azərbaycana narkotik qaçaqmalçılığının qarşısı alındı - FOTO

İrandan Azərbaycana narkotik qaçaqmalçılığının qarşısı alındı - FOTO

İrina Şeyk özündən 11 yaş kiçik basketbolçu ilə eşq yaşayır?

İrina Şeyk özündən 11 yaş kiçik basketbolçu ilə eşq yaşayır?

Ekspert: “Shahed” daşıyan İran gəmiləri Ukrayna üçün qanuni hədəfdir

Ekspert: “Shahed” daşıyan İran gəmiləri Ukrayna üçün qanuni hədəfdir

Ukrayna hər ay ABŞ-ın bir ildə planlaşdırdığından daha çox dron istehsal edir

Ukrayna hər ay ABŞ-ın bir ildə planlaşdırdığından daha çox dron istehsal edir

Tom Kruzun qızı atasının soyadından rəsmən imtina etdi - FOTO

Tom Kruzun qızı atasının soyadından rəsmən imtina etdi - FOTO

Fransada "cəhənnəmə aparan yol": Meşə yanğını yüzlərlə villanı məhv etdi – FOTO

Fransada "cəhənnəmə aparan yol": Meşə yanğını yüzlərlə villanı məhv etdi – FOTO

End of content

No more pages to load

RADİO