“Rusiya Federasiyası 500 mindən çox rus əsgərini işğal olunmuş ərazilərdə və Ukrayna sərhədi boyunca cəmləşdirib”.
Bizim.Media xəbər verir ki, bu barədə “DeepState” platformasının təsisçisi və analitiki Espreso-da Roman Poqoreli iddia irəli sürüb.
“Rusiyanın şimal sərhədləri boyunca cəmləşməsindən danışsaq, bu, heç kimə sirr deyil. Sərhədlərdə rus əsgərləri indi də var və bütün müharibə ərzində olub”, - deyə Paqorelli qeyd edib.
Poqorelinin sözlərinə görə, Rusiya qoşunlarının hərəkəti Sumı vilayətində də qeydə alınır.
Bizim.Media