Ötən il sertifikasiya imtahanının müsahibə mərhələsindən təxminən 30 nəfər müəllim keçməyib.
Bizim.Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov "Təhsilverənlərin sertifikatlaşdırması 2024" adlı media nümayəndələri üçün keçirilən məlumatlandırıcı sessiyada deyib.
O bildirib ki, həmin müəllimlər orta yaşlı müəllimlərdir:
"Onların yaş aralığı təxminən 40-49-dur. Müəllimlərin işə qəbulu prosesində iştirak edib işə qəbul olan müəllimlərin demək olar ki, hamısı sertifikasiya imtahanının müsahibə mərhələsindən keçiblər "
Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media