Üzərində Kral III Çarlzın fotosu olan 5, 10, 20 və 50 sterlinq əskinaslar dövriyyəyə buraxılıb.
Bizim.Media "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə İngiltərə Mərkəzi Bankı (BoE) məlumat yayıb.
Digər tərəfdən, Kraliça II Yelizabetin fotosu olan əskinaslar da ödəniş vasitəsi kimi istifadə olunacaq.
Məlumata görə, üzərində Kral Çarlzın fotosu olan ilk əskinaslar ötən il çap edilib. Əskinaslarda əks olunan kralın portreti 2013-cü ildə çəkilmiş bir fotoşəkilə əsaslanır.
Bizim.Media