Ukrayna Prezidenti Volodimir Zelenski Qətər Əmiri Təmim bin Həməd Əl-Tani ilə danışıqlar aparmaq üçün həmin ölkədə səfərdədir.
Bizim.Media xəbər verir ki, bu barədə Zelenski özünün “Telegram” kanalında məlumat verib.
“Qətər Sülh Sammitinin hazırlanmasında fəal iştirak edib və orada insanların evlərinə qayıtması, qlobal ərzaq, nüvə və enerji təhlükəsizliyi üçün Yaxın Şərqin səslərindən birinə çevrilməlidir”, - deyə Zelenski qeyd edib.
Zelenski bildirib ki, səfər çərçivəsində Qətər əmiri ilə iqtisadi əməkdaşlıq və təhlükəsizlik sahəsində bir sıra ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir.
Bizim.Media