“Almaniya 2029-cu ilə qədər Rusiya ilə müharibəyə hazır olmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu müdafiə naziri Boris Pistorius Bundestaqdakı çıxışında deyib.
"Biz 2029-cu ilə qədər mübarizə apara bilməliyik. Bu istiqamətdə isə üç mövzu əhəmiyyət kəsb edir - kadr, avadanlıq və maliyyə", - deyə nazir qeyd edib.
Həmçinin Pistoriusun fikrincə, ölkədə hərbi vəziyyət tətbiq edilməlidir.
Bizim.Media