Ermənistanın düşünülməmiş addımları onun KTMT-nin yaratdığı vahid müdafiə məkanına qayıtmağını mümkünsüz edir.
Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində deyib.
"İrəvanla getdikcə daha çox maraqlanan qərblilərin nə vəd etməsindən asılı olmayaraq, bu gün Ermənistanın təhlükəsizliyini təmin edən KTMT-nin bir mexanizm kimi alternativi yoxdur", deyə o, qeyd edib.
Xatırladaq ki, Rusiya digər KTMT ölkələri ilə birgə vahid müdafiə məkanı yaradıb.
Bizim.Media