Gürcüstanda eynicinsli nikahlar, LGBT təbliğatı və cinsiyyətin dəyişdirilməsinin qadağan edilməsi təklif edilib.
Bizim.Media xəbər verir ki, hakim Gürcü Arzusu Partiyası tərəfindən hazırlanan qanun layihəsi parlamentə təqdim edilib.
Qanun layihəsinə əsasən, LGBT nümayəndələrinin övladlığa uşaq götürməsi, qeyri-ənənəvi münasibətlərin təşviqinə yönəlmiş təbliğat aksiyalarının keçirilməsi də qadağan edilir.
Bizim.Media