Avstriya Macarıstanın Avropa İttifaqında (Aİ) səsvermə hüququndan məhrum edilməsi ilə bağlı Belçikanın təklifini dəstəkləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Biz gözləyirik ki, Aİ-nin 27 üzvünün hamısı bizim ümumi Birliyimizin əsasını qoyduğu prinsiplərə tam riayət edəcəklər. Bu, xüsusilə Aİ-nin gələcək sədrliyi üçün aktualdır”, - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, əvvəllər Belçika Aİ Müqaviləsinin 7-ci maddəsinə əsasən, Macarıstana etimadsızlıq bildirmə prosedurunu tətbiq etməyi müdafiə edirdi.
Xatırladaq ki, Macarıstan iyul ayında 2024-cü ilin sonuna qədər Aİ Şurasına sədrliyi qənul edəcək.
Bizim.Media