"Fiorentina"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliya klubunu Raffaelle Palladino çalışdıracaq.
40 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. Palladino bu vəzifədə Vinçenzo İtalianonu əvəzləyib.
Qeyd edək ki, Palladinonun son komandası 2022-ci ilin yayından bu mövsümün sonunadək çalışdırdığı "Monza" olub.
Xatırladaq ki, "Fiorentina" A seriyasının 2023/24 mövsümünü 60 xalla 8-ci yerdə başa vurub.
Bizim.Media