Xaçmaz rayonunda 11-ci sinif şagirdi Azər Babaşov öz sinif yoldaşı Daşdəmir Rəhimovu bıçaqlayıb. Hadisə rayonun Ləcət kənd məktəbində qeydə alınıb.
Yaralı şagird ağır halda Xaçmaz rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov məlumat verib.
Onun sözlərinə görə, insidentlə bağlı Xaçmaz rayon polis şöbəsinə məlumat daxil olub. Nəticədə lazımi ekspertiza təyin edilib.
Hazırda istintaq bölməsində araşdırmalar başlayıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu