"Ölkə Konstitusiyasının dəyişdirilməsi vacibdir, çünki bu, uzunmüddətli sülhə maneədir".
Bizim.Media xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın da, Ermənistanın da bununla bağlı narahatlıqları var:
"Lakin Ermənistanda Konstitusiyanın dəyişməsi Azərbaycanın tələbi ilə baş vermir, bu rəsmi İrəvanın daxili işidir".
Bizim.Media