Qazaxla sərhəddə yerləşən Kirants kəndinin sakinləri Azərbaycanın nəzarətinə keçən evlərini sökməyə başlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Sputnik Ermənistan" nəşri yayıb.
Mənbə yazır ki, bununla belə, evlərini tərk etməkdən qəti şəkildə imtina edənlər də var.
Xatırladaq ki, delimitasiyadan sonra kənddə iki ev Azərbaycan ərazisində qalıb. Sakinlərə onları azad etmək üçün iyunun 24-dək vaxt verilib.
Bizim.Media