Məşhur türkiyəli aktyor və rejissor Yılmaz Erdoğan təhdid edilib.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktyora atasının borclu olduğu şəxsdən təhdid mesajı gəlib:
“Bu qədər pulun var, amma atanın mənə olan borcunu ödəmirsən. Evinin qarşısında intihar edəcəm”,- deyə mesajda qeyd edilib.
Y. Erdoğan İstanbul Baş Prokurorluğuna mesajla bağlı şikayət edib. Şikayətlə bağlı dindirilən Nurettin.K adlı şəxs isə məqsədinin hədələmək olmadığını, sadəcə pulunu almaq istədiyini bildirib.
Bizim.Media