Faiq: “Brilliant düşmənim deyil, oğlunun toyunda “Cahad” mahnısını oxuyaram” - VİDEO

“İnsanlar var ki, onların ulduzları heç cürə barışmır. Dəfələrcə demişəm, həm sənətdə, həm bir qadın, ana, həyat yoldaşı, həm də kiminsə rəfiqəsi və dostu kimi bütün yolları hamar, gözəl, uğur olsun. Gümüş dalınca gedib, qızıl tapsın. Bunu səmimi qəlbdən, sidq ürəkdən arzulayıram. Çünki, mənim Brilliant Dadaşova ilə bağlı həyatımda bir dirəniş nöqtəm yoxdur. Çox dibinə kimi getsək, bizim bir düşmənimiz (erməniləri nəzərdə tutur) var. Ona da qalib gəldik, başına yumruq vurduq”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu “Xəbərin var?!” maqazin verilişində deyib. 

Sənətçi uzun illərdir onunla düşmən mövqeyində olan həmkarı Xalq artisti Brilliant Dadaşova ilə gərqin münasibətlərindən söz açıb. 

Ağayev Dadaşova ilə nə zamansa barışıb-barışmayacağına belə cavab verib:  
 
“Brilliant heç zaman düşmənim ola bilməz. Çünki o mənim öz millətimdən, canımdandır... Ulduzlarımız barışmır, amma bu faciə deyil. Bu o demək deyil ki, dayanmadan Brilliant məni, mən də onu söyməliyəm. Bu çox ayıb olar. İlk əvvəl bu sənətə vurulan zərbədir. Çünki biz bir-birimizlə belə münasibətdə olanda kənardan “Bu sənətdə olanlar hamısı zaydır” deyirlər və ümumilləşdirib sənəti vururlar. Bu sənətdə peşəkarları qorumaq kimi vəzifəm var mənim. Mən heç zaman bu sənətin yaxşısını vurmaram. Heç pisini də vurmaram, sadəcə ondan danışmaram.

Amma yaxşı sənətçini vurmaq olmaz. Brilliantın oğlunun toyu olsa gedib orada çıxış edərəm. “Cavad” adlı bir mahnım var. Onu dəyişib “Cahad” edib, oxuyaram. Bir hərif dəyişikliyi sanki şəxsən, özəl olaraq onun üçün ifa edirsən. Bizim gözəl yazıçımız Vahid Əziz şeir yazdı, qonaqlıq versin. 1998-ci ildə, indiyə kimi o “Şərq” qəzeti məndə qalıb. O şeir yazdı və dedi ki, Brilliantla Faiqi barışdıracağam. Amma alınmadı.

O məsuliyyəti üzərinə götürəcək insanlar çox azdır. Deyirlər ki, “Əşşi nəyimə lazımdır, cəhənnəmə ki, qoy qırsınlar bir-birini”. Əvvəllər də belə idi. Sadəcə bu məsələlər sosiallaşmırdı. Deyirdilər ki, qoy dalaşsınlar, başları bir-birinə qarışsın mən gedib qabağa. Bax bu cür də insanlar var”. 
Qeyd edək ki, B.Dadaşova verilişlərin birində F.Ağayevin adını eşidən zaman “Sən ölmüş valideynlərini təhqir edən, söyüşlər söyən insanı bağışlayarsanmı? Əlini ürəyinə qoy de, bağışlayarsanmı? Onda mənə bu sualları vermə. O, çıxdığı proqramlara heç vaxt çıxmıram. Hətta məndən bir ay əvvəl çıxsa belə, o verilişə getmərəm” sözlərini dilə gətirmişdi.  
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda ciddi su problemi yarana bilər

Azərbaycanda ciddi su problemi yarana bilər

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Sabahdan hava PİSLƏŞƏCƏK

Sabahdan hava PİSLƏŞƏCƏK

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

UEFA ingilis klublarının təklifini rədd etdi

UEFA ingilis klublarının təklifini rədd etdi

Bu gün Qənirə Paşayevanın doğum günüdür

Bu gün Qənirə Paşayevanın doğum günüdür

Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT

Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

71 yaşlı qadını avtomobil vurub öldürdü

71 yaşlı qadını avtomobil vurub öldürdü

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

“Qarabağ” Koxalskini buraxmaq istəmir

“Qarabağ” Koxalskini buraxmaq istəmir

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Daima öyrənmək həvəsində olan 3 bürc

Daima öyrənmək həvəsində olan 3 bürc

Oval Ofisin SİRRİ - ABŞ prezidentləri bu məkanı necə dəyişir? - FOTO

Oval Ofisin SİRRİ - ABŞ prezidentləri bu məkanı necə dəyişir? - FOTO

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

Bu ölkədə güclü zəlzələ olub

Bu ölkədə güclü zəlzələ olub

Daha bir ölkə İranla müharibəyə QOŞULUR

Daha bir ölkə İranla müharibəyə QOŞULUR

End of content

No more pages to load

RADİO