Hazırda İran Prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Möhbər növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.
Onun bu qərarının səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, İranda növbədənkənar prezident seçkilərinə namizədlərin qeydiyyatı mayın 30-u başlayıb və bu gün başa çatır. Seçki iyunun 28-i təşkil ediləcək.
Bizim.Media