Polşada fermerlər uzun fasilədən sonra yenidən Ukrayna ilə sərhəddəki Rava-Russkaya - Qrebennoye keçid məntəqəsində yük sahəsinin blokadasını bərpa etmək niyyətindədirlər.
Bizim.Media xəbır verir ki, bu barədə Ukrayna Dövlət Gömrük Xidməti məlumat yayıb.
“İyunun 4-ü Kiyev vaxtı ilə saat 10:00-dan iyunun 6-sı günortaya qədər polşalı fermerlər Rava-Russkaya - Qrebennoye keçid məntəqəsində yük zonasını bağlamağı planlaşdırırlar.
Nəticədə, Ukraynadan çıxan yük maşınlarının hərəkətinin tam dayandırılması gözlənilir”, - deyə Dövlət Gömrük Xidməti xəbərdarlıq edib.
Gömrük rəsmilərinin məlumatına görə, Polşa tərəfi Ukraynaya gündə 24-dən çox yük maşını (hər biri 12 avtomobildən iki buraxılış) və saatda 4-ə qədər humanitar yük daşıyan nəqliyyat vasitəsinin keçidinə icazə verəcək.
Bizim.Media