Bir neçə gündür hidrometeoroloqlar tərəfindən Türkiyə ərazisində proqnozlaşdırılan anomal isti hava şəraiti bu gündən etibarən özünü kəskin şəkildə göstərməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki məlumat verib.
Nazir qeyd edib ki, ölkə ərazisində bu gündən etibarən artan temperatur mövsüm normalarından 6-10 dərəcə yüksək olacaq, bəzi bölgələrdə 40 dərəcəni keçəcək.
Nazir havanın temperaturunun kəskin yüksəlməsi səbəbindən baş verə biləcək meşə yanğınları ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Məlumatlarda anomal istilərin bu həftənin sonunadək davam edəcəyi bildirilir.
Bizim.Media