BİZİM TƏQVİM: 4 iyunda baş vermiş tarixi hadisələr

4 iyun 1993-cü ildə Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələr qiyam qaldırıb. Qiyamçılarla hökumət qüvvələri arasında silahlı toqquşmada hər iki tərəfdən 30-dan çox insan həlak olub. Bu hadisə Azərbaycanda hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib.

Bəs iyunun 4-də dünyada daha hansı hadisələr baş verib?

1. 4 iyun 1783-cü ildə fransız Monqolfe qardaşları isti hava şarları ilə xalq qarşısında ilk uçuşlarını reallaşdırdılar.

2. Çevrilişlə taxtdan endirilən Osmanlı sultanı Əbdüləziz 1876-cı il iyunun 4-də nəzarətdə saxlanıldığı Feriye sarayında ölü tapıldı.

3. 4 iyun 1878-ci ildə Osmanlı imperatorluğu ilə İngiltərə (Birləşmiş Krallıq) arasında Kipr Müqaviləsi imzalandı və Kiprin (Qıbrızın) idarəsi müvəqqəti olaraq Böyük Britanyaya keçdi. Birinci Dünya Müharibəsi zamanı Osmanlı dövləti Almaniya ilə ittifaq qurduğu üçün İngiltərə Kipri ilhaq etdiyini açıqladı və adada 1960-cı ilə sürən ingilis hakimiyyəti başladı.

4. 1918-ci il iyunun 4-də Osmanlı imperatorluğu ilə Azərbaycan Cümhuriyyəti arasında Dostluq Müqaviləsi imzalandı. Bu, Azərbaycan Demokratik Respublikasının xarici dövlətlərlə imzaladığı ilk müqavilə idi. Sənədin giriş hissəsində yazılmışdı: “Bir tərəfdən Osmanlı imperiyası hökuməti, digər tərəfdən müstəqilliyini elan etmiş Azərbaycan Cümhuriyyəti hökuməti siyasi, hüquqi, iqtisadi və intellektual zəmində mehriban dostluq münasibətləri bərqərar etməklə qarşılıqlı surətdə razılığa gəlib”.

5. 1932-cü ilin 4 iyun tarixindən Türkiyədə xarici vətəndaşların dövlət işlərində çalışması rəsmən qadağan edildi.

6. 4 iyun 1977-ci ildə Apple istehsalı olan ilk stolüstü kompyuter satışa çıxarılıb.

7. 1982-ci il iyunun 4-də İsrail silahlı qüvvələri Livanın paytaxtı Beyrutu bombardman ediblər. Hadisədən 1 il sonra Birləşmiş Çmillətlər Təşkilatı bombardman nəticəsində həlak olan uşaqların xatirəsini əbədiləşdirmək barədə qərar qəbul etdi. 1983-cü ildən 4 İyun Təcavüz Qurbanı olan Uşaqların Beynəlxalq Xatirə Günüdür. 

8. 4 iyun 1989-cu ildə Çində universitet tələbələri tərəfindən başlanılan Tyananmen üsyanı əsgərlərin qanlı müdaxiləsilə başa çatdı. Çin ordusunun nümayişçilərə həqiqi güllədən istifadə etməsi nəticəsində yüzlərlə tələbə həyatını itirdi, 7 mindən çoxu yaralandı.

9. 2012-ci ilin 4 iyununda Myanmarın Arakan bölgəsindəki 10 müsəlman gənc bütpərəst qrupun bıçaqlı hücumu nəticəsində həyatını itirdi. Gərginlik nəzarətdən çıxdı: ölkənin Cunta hakimiyyəti bütpərəstlərin Arakan müsəlmanlarına hücumlarına göz yumdu.

4 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Mollanəsrəddinçi şair Bayraməli Abbaszadə 1869-cu ilin bu günü Cənubi Azərbaycanın Sərab şəhərində dünyaya gəlib. İbtidai təhsilini mollaxanada alan Bayraməli 20-ci əsrin əvvəllərində Bakıya gəlib, “Molla Nəsrəddin” jurnalında “Hambal” imzası ilə yazılarını çap etdirib.  Cənubi Azərbaycanda milli azadlıq hərəkatı başlananda Təbrizə gedərək Səttarxanla çiyin-çiyinə döyüşüb, səttarxançıları tərənnüm edən şeirlər yazan Bayraməli Abbaszadə hərəkatın məğlubiyyətindən sonra təqib edildiyindən yenidən Bakıya qayıdıb, ömrünün sonunadək burada yaşayıb, seçilmiş əsərlərini buraxıb. (1869-1926)

2. 4 iyun lətifələri və səyahət yazılarıyla tanınan, müasir Türkiyə şeirinin görkəmli nümayəndələrindən biri Əhməd Haşimin xatirə günüdür. O, 1933-cü ilin bu günü 49 yaşında dünyasını dəyişib. (1884-1933)

3. Azərbaycan idmanının görkəmli simalarından biri, məşqçi Şamil Şamxalov 1926-cı ilin 4 iyununda Bakıda anadan olub.  20 ildən artıq bir dövrdə Azərbaycanın seçmə kollektivlərinə və qadınlardan ibarət “Neftçi” voleybol komandasına rəhbərlik edib. 1966-cı ildə “Neftçi” voleybolçuları Şamil Şamxalovun rəhbərliyilə bürünc, 1 il sonra gümüş medal qazanıblar. Onun yetirmələri arasında olimpiya, dünya və Avropa çempionları olmuş İnna Rıskal, Vera Lantratova, Oqtay Ağayev, Yaşar Abbasov və başqaları var. (1926-2004)

4. Azərbaycanın tanınmış xanəndəsi Fatma Mehrəliyeva 1926-cı ildə Qubada anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin məsləhətilə Bakıda musiqi məktəbində təhsil alan Fatma 18 yaşından Azərbaycan Dövlət Filarmoniyasına solist qəbul olunub, muğam, bəstəkar və xalq mahnılarının mahir ifaçısı kimi tanınıb.  Fatma Mehrəliyevanın ifasında “Kəsmə Şikəstə” muğamı Azərbaycan radiosunun “Qızıl Fond”unda saxlanılır. O həm də “Arşın mal alan” filmində Telli rolunda çəkilib. (1926-2000)

5. 4 iyun 1929-cu ildə  kamança ifaçısı, Əməkdar artist Elman Kərim oğlu Bədəlov (1929 - 25.6.1991) Ağdamın Malıbəyli kəndində doğulub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Hizbullah"ın yüksək rütbəli komandiri öldürüldü - VİDEO

"Hizbullah"ın yüksək rütbəli komandiri öldürüldü - VİDEO

Paşinyan: "Müxalifəti resurslardan məhrum etməliyik" - VİDEO

Paşinyan: "Müxalifəti resurslardan məhrum etməliyik" - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Ramana qəsbəsində baş verən dəhşətli qətlin TƏFƏRRÜATI

Ramana qəsbəsində baş verən dəhşətli qətlin TƏFƏRRÜATI

Rusiyada yeni qadağa: "Google" və "Apple ID" ilə girişlər ləğv edilir

Rusiyada yeni qadağa: "Google" və "Apple ID" ilə girişlər ləğv edilir

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

İranda böyük əməliyyatı: 120-dən çox şəxs TUTULDU

İranda böyük əməliyyatı: 120-dən çox şəxs TUTULDU

SORĞU: ABŞ-da orta yaşlı nəsil tənhalıqdan ƏZİYYƏT ÇƏKİR

SORĞU: ABŞ-da orta yaşlı nəsil tənhalıqdan ƏZİYYƏT ÇƏKİR

İsrail Beyrutun Dahiya rayonuna zərbələr endirdi: Dağıntılar var - VİDEO

İsrail Beyrutun Dahiya rayonuna zərbələr endirdi: Dağıntılar var - VİDEO

İran nümayəndə heyətinin 4 üzvü apellyasiya şikayətini qazandı - Dünya Çempionatı öncəsi viza böhranı

İran nümayəndə heyətinin 4 üzvü apellyasiya şikayətini qazandı - Dünya Çempionatı öncəsi viza böhranı

“Son zəng” günü VƏFAT ETDİ - FOTO

“Son zəng” günü VƏFAT ETDİ - FOTO

Rusiya XİN ukraynalılar üçün vizasız rejimin saxlanılma səbəbini açıqladı

Rusiya XİN ukraynalılar üçün vizasız rejimin saxlanılma səbəbini açıqladı

Qızılın qiyməti yüksəlir: Bazarlarda son vəziyyət - VİDEO

Qızılın qiyməti yüksəlir: Bazarlarda son vəziyyət - VİDEO

Əfqanıstanlı qızın etirazı: “Gələcək nəslin bizim kimi olmasına imkan verməməliyik” - VİDEO

Əfqanıstanlı qızın etirazı: “Gələcək nəslin bizim kimi olmasına imkan verməməliyik” - VİDEO

Yaxın Şərq böhranı şokoladın qiymətini də QALDIRACAQ

Yaxın Şərq böhranı şokoladın qiymətini də QALDIRACAQ

Sel sularının ziyan vurduğu 25 avtomobil yolu bərpa edilir - VİDEO

Sel sularının ziyan vurduğu 25 avtomobil yolu bərpa edilir - VİDEO

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirildi - FOTO

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirildi - FOTO

İran–ABŞ memorandumunun əsas detalları açıqlandı

İran–ABŞ memorandumunun əsas detalları açıqlandı

Rusiya regionlarında çəyirtkə bumu: Həşəratlar mənzillərə doluşur

Rusiya regionlarında çəyirtkə bumu: Həşəratlar mənzillərə doluşur

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

İrəvanda yeraltı keçid su altında qaldı - VİDEO

İrəvanda yeraltı keçid su altında qaldı - VİDEO

İmtahan cavablarını buradan yoxlaya bilərsiniz

İmtahan cavablarını buradan yoxlaya bilərsiniz

Gürcüstanda əcnəbi tələbələrə yeni qadağalar: Dil imtahanı, kvotalar və akkreditasiya tələbi

Gürcüstanda əcnəbi tələbələrə yeni qadağalar: Dil imtahanı, kvotalar və akkreditasiya tələbi

Meksika Prezidenti Dünya Çempionatında biletlərin baha olmasına etiraz etdi - VİDEO

Meksika Prezidenti Dünya Çempionatında biletlərin baha olmasına etiraz etdi - VİDEO

End of content

No more pages to load

RADİO