Bakı metrosunda şüşə arakəsmələrdən istifadə edilə bilərmi? – RƏSMİ AÇIQLAMA 

Xəbər verdiyimiz kimi, mayın 2-də metronun “28 May” stansiyasında qatarın yoluna düşən sərnişin ölüb.

Onun meyiti stansiya yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunub. Hadisə ilə əlaqədar xətlərdə yubanma olub.

Oxşar hadisələr Bakı metrosunda zaman-zaman baş verir. Hər bir hadisənin müxtəlif səbəbləri olur.

Bəs çıxış yolları nədir? Səbəblərin fərqliliyinə baxmadan bu tip hadisələrin qarşısını almaq üçün nəsə etmək mümkündürmü?

Kiçik araşdırma kifayət edir ki, “platforma təhlükəsizlik qapısı” praktikasına rast gələk. Dünyanın bir neçə ölkəsində bu cür şüşə arakəsmələrdən istifadə edilir. Sərnişinlər daxil olarkən sadəcə qatarın qapı hissəsi açılır və qəza riski yoxdur. 

Bəs bu praktikanı ölkəmizdə reallaşdırmaq üçün nə çatmır?

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verib.

O bildirib ki, platforma təhlükəsizlik qapısının növlərindən asılı olmayaraq, bu mövzu araşdırılıb:

“Mövzunun tərkibini təşkil edən çoxsaylı məsələlər var. Birincisi, Bakı metropoliteninin stansiyaları inşa olunarkən konstruksiyasında platforma qapılarının quraşdırılması nəzərdə tutulmayıb. “28 May” stansiyasında apardığımız araşdırmanın nəticəsindən də o qənaətə gəldik ki, sözügedən stansiyanın alt hissəsindən başlayaraq konstruktiv gücləndirmə işləri aparılmalıdır. 

Bu, kifayət qədər böyük həcmdə işlərin aparılmasını tələb edir. 

Təkcə platformanın gücləndirilməsi deyil, həmin sistemlərin quraşdırılması üçün digər stansiya və tunellərin infratsrukturuna aid olan məsələlər də gündəmə gəlir. Şərti olaraq bir neçəsini deyə bilərəm. Qatarların hərəkətindən formalaşan hava axınının tənzimlənməsi, havalandırma sistemlərinin yönləndirilməsi və tənzimlənməsini qeyd edə bilərik. 

Platforma təhlükəsizlik qapıları sinxron formada ziddiyət yaratmasın deyə Bakı metropoliteninin bütün qatarlarında və stansiyalarında quraşdırılmalıdır. Bu da təbii ki, kifayət qədər böyük maliyyə vəsaiti və texniki işlərin aparılmasını tələb edir. 

Platforma qapılarının quraşdırılması stansiyalarda sərnişin axınının və digər sərnişindaşıma prinsiplərinə daxil olan məsələlərin fərqli tənzimlənməsini tələb edəcək”. 

O əlavə edib ki, Bakı metrosunda platforma qapılarından da labüd məsələ var: 

“Bu, xətlərin ayrılması layihəsidir. “28 May” stansiyasında sıxlıq ona görə yarandı ki, xətlər birləşir. Hər xətt müstəqil fəaliyyət göstərərsə, tənzimləmələrin digər növlərinə keçmək olar.
Xətlərin ayrılması sərnişinlərin paylanmasını və onların mövcud xətlər üzrə hərəkətini tamamilə fərqli formada təşkil edəcək. Bu məsələ özlüyündə nə qədər qlobal məsələni qaldırır. Sərnişin təhlükəsizliyi metropoliten üçün bir nömrəli vəzifə olduğundan məsələ təkcə platforma qapısını quraşdırmaq deyil, bütün məsələlərin təhlükəsizlik prizmasından sistemli və kompleks formada baxılmasını tələb edir”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Göyçə gölü ətrafında nadir təbiət hadisəsi: Tornado qeydə alındı - VİDEO

Göyçə gölü ətrafında nadir təbiət hadisəsi: Tornado qeydə alındı - VİDEO

"Hizbullah"ın yüksək rütbəli komandiri öldürüldü - VİDEO

"Hizbullah"ın yüksək rütbəli komandiri öldürüldü - VİDEO

Paşinyan: "Müxalifəti resurslardan məhrum etməliyik" - VİDEO

Paşinyan: "Müxalifəti resurslardan məhrum etməliyik" - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Ramana qəsbəsində baş verən dəhşətli qətlin TƏFƏRRÜATI

Ramana qəsbəsində baş verən dəhşətli qətlin TƏFƏRRÜATI

Rusiyada yeni qadağa: "Google" və "Apple ID" ilə girişlər ləğv edilir

Rusiyada yeni qadağa: "Google" və "Apple ID" ilə girişlər ləğv edilir

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

İranda böyük əməliyyatı: 120-dən çox şəxs TUTULDU

İranda böyük əməliyyatı: 120-dən çox şəxs TUTULDU

SORĞU: ABŞ-da orta yaşlı nəsil tənhalıqdan ƏZİYYƏT ÇƏKİR

SORĞU: ABŞ-da orta yaşlı nəsil tənhalıqdan ƏZİYYƏT ÇƏKİR

İsrail Beyrutun Dahiya rayonuna zərbələr endirdi: Dağıntılar var - VİDEO

İsrail Beyrutun Dahiya rayonuna zərbələr endirdi: Dağıntılar var - VİDEO

İran nümayəndə heyətinin 4 üzvü apellyasiya şikayətini qazandı - Dünya Çempionatı öncəsi viza böhranı

İran nümayəndə heyətinin 4 üzvü apellyasiya şikayətini qazandı - Dünya Çempionatı öncəsi viza böhranı

“Son zəng” günü VƏFAT ETDİ - FOTO

“Son zəng” günü VƏFAT ETDİ - FOTO

Rusiya XİN ukraynalılar üçün vizasız rejimin saxlanılma səbəbini açıqladı

Rusiya XİN ukraynalılar üçün vizasız rejimin saxlanılma səbəbini açıqladı

Qızılın qiyməti yüksəlir: Bazarlarda son vəziyyət - VİDEO

Qızılın qiyməti yüksəlir: Bazarlarda son vəziyyət - VİDEO

Əfqanıstanlı qızın etirazı: “Gələcək nəslin bizim kimi olmasına imkan verməməliyik” - VİDEO

Əfqanıstanlı qızın etirazı: “Gələcək nəslin bizim kimi olmasına imkan verməməliyik” - VİDEO

Yaxın Şərq böhranı şokoladın qiymətini də QALDIRACAQ

Yaxın Şərq böhranı şokoladın qiymətini də QALDIRACAQ

Sel sularının ziyan vurduğu 25 avtomobil yolu bərpa edilir - VİDEO

Sel sularının ziyan vurduğu 25 avtomobil yolu bərpa edilir - VİDEO

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirildi - FOTO

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirildi - FOTO

İran–ABŞ memorandumunun əsas detalları açıqlandı

İran–ABŞ memorandumunun əsas detalları açıqlandı

Rusiya regionlarında çəyirtkə bumu: Həşəratlar mənzillərə doluşur

Rusiya regionlarında çəyirtkə bumu: Həşəratlar mənzillərə doluşur

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

İrəvanda yeraltı keçid su altında qaldı - VİDEO

İrəvanda yeraltı keçid su altında qaldı - VİDEO

İmtahan cavablarını buradan yoxlaya bilərsiniz

İmtahan cavablarını buradan yoxlaya bilərsiniz

Gürcüstanda əcnəbi tələbələrə yeni qadağalar: Dil imtahanı, kvotalar və akkreditasiya tələbi

Gürcüstanda əcnəbi tələbələrə yeni qadağalar: Dil imtahanı, kvotalar və akkreditasiya tələbi

End of content

No more pages to load

RADİO