Qurban Qurbanov: "Zirə"ni performansına görə təbrik edirik

"Çox maraqlı mövsümü başa vurduq. Ölkə kubokunun finalı da möhtəşəm alındı".

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun finalında "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis qarşılarında istəkli komandanın olduğunu bildirib:

"Zirə"ni bütün mövsüm ərzindəki performansına görə təbrik edirik. Futbolçularıma gəlincə, onlarla qürur duyuram. Uğur qazandığın zaman arxayınlıq olur. Lakin çalışacağıq bunun qarşısını alaq".

Onun sözlərinə görə, "Zirə"nin büdcəsi "Qarabağ"la eyni səviyyədə olmasa da, rəqib böyük işlər görüb: "Həqiqətən yaxşı mövsüm keçirdilər. Düşünürəm ki, bu cür büdcə ilə mübarizə aparmaqları bir növ bizə qalib gəldiklərini göstərir".

Qurban Qurbanov karyerasını başa vuran Maksim Medvedevin gələcəyi ilə bağlı qarşıdakı günlərdə qərar verəcəyini vurğulayıb:

"Maksimin Azərbaycan futboluna böyük xidmətləri olub. Onunla bu barədə danışmışdıq. Ona gələcək karyerasında uğurlar arzulayıram".

53 yaşlı çalışdırıcı sabiq futbolçusu Kadi Borgesin "Qarabağ"a qayıtmaq ehtimalından danışıb:

"Məncə, o da bura geri dönmək istəyər. Əlbəttə, bunu biz də istəyirik".

Q. Qurbanov Aleksey İsayev və Nəriman Axundzadənin oyunundan razı qaldığını deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Damarları açır, ürəyi gücləndirir

Damarları açır, ürəyi gücləndirir

Elçinin yağış sevgisi

Elçinin yağış sevgisi

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

End of content

No more pages to load

RADİO