“Hapoel”in futbolçusu Felipe Santosun Azərbaycana qayıdacağı gözlənilir.
Bizim.Media xəbər verir ki, braziliyalının “Araz-Naxçıvan”a keçəcəyi ehtimal edilir. Elmar
Baxşıyev vaxtı ilə “Qəbələ”də futbolçusu olmuş Felipe ilə yenidən işləmək niyyətindədir.
27 yaşlı futbolçu mövsümün əvvəlində “Qəbələ”dən ayrılaraq “Hapoel”ə (Hayfa) keçmişdi. Onun İsrail klubu ilə müqaviləsi bu ayın 30-da başa çatacaq. O, "Paulista", "Ankaran", "Maribor", "Keşlə" (indiki "Şamaxı") klublarında oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media