Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində minifutbol üzrə Avropa çempionatı start götürüb.
Bizim.Media xəbər verir ki, turnirdə iştirak edən milli komandamız bu gün ilk oyununu keçirəcək.
Komandamız Belçika seçməsi ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 13-də başlayacaq oyun İdman TV ilə canlı yayımlanacaq.
Qeyd edək ki, millimiz F qrupunda Belçkia, Fransa və İtaliya yığmaları ilə birlikdə mübarizə aparır.
Rəşad Rafiqoğlu, Bizim.Media