Livanın “Hizbullah” qruplaşması İsrailin Yuxarı Qalileydə yerləşən hərbi bazasına PUA-larla zərbələr endirib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Hizbullah bununla bağlı bəyanat yayıb.
“İraq İslam Müqaviməti” hərəkatı Yiftah qəsəbəsində artilleriya kazarmalarına hücum etmək üçün kamikadze dronlardan istifadə edib. Düşmən sıralarında ölənlər və yaralananlar var”, - deyə bəyanatda qeyd edilib.
Bizim.Media