“Qarabağ”ın gənc qapıçısı Amin Ramazanov yeni mövsümə başqa klubda başlaya bilər.
Bizim.Media xəbər verir ki, qolkiperə bir çox klublar maraq göstərir ki, onlardan da biri “Şamaxı”dır.
Bir illik fasilədən sonra yenidən Premyer Liqaya qayıdan bölgə təmsilçisi Ramazanovu icarəyə götürmək istəyir. Ağdam klubunun bu təkliflə razılaşacağı ilə hələ dəqiq bilinmir.
Rəşad Rafiqoğlu, Bizim.Media