Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, yığmamız Qızıl Avropa Liqasında Lüksemburqla qarşılaşıb.
Bu, Fərid Cəlalovun yetirmələrinin turnirdə sonuncu matçı olub. İlk 5 oyunda set qazana bilməyən komandamız uğursuz seriyaya son qoyub. Komandamız Lükseburqla görüşdə 2:1 hesabı ilə önə keçsə də, üstünlüyünü qoruya bilməyib. Millimiz mövsümü 2 set və 1 xalla başa vurub.
Qeyd edək ki, qarşılaşma Estoniyanın Rakvere şəhərində keçirilib.
Qızıl Avropa Liqası (kişilər)
III mərhələ
1 iyun
17:00. Lüksemburq – Azərbaycan - 3:2 (25:20, 22:25, 21:25, 25:17, 25:11)
Hakimlər: Risto Strandson (Estoniya), Ari Yokelaynen (Finlandiya)
Rakvere İdman Zalı
Rəşad Rafiqoğlu, Bizim.Media