Emin Ağalarovun təşəbbüsü ilə dənizkənarı istirahət mərkəzində sirk pavilyonu YARADILIB - FOTO/VİDEO 

"Sea Breeze" ailəvi-istirahət mərkəzi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədər bir ilkə imza atıb.

Bizim.Media xəbər verir ki, sözügedən mərkəzdə uşaqların sevincinə və əyləncəsinə rəng qatacaq möhtəşəm sirk məkanı yaradılıb.

Açılışda bu layihənin təsisçiləri Xalq artisti və iş adamı Emin Ağalarov və sirk üzrə "Oskar" sahibi Allahverdi İsrafilov iştirak edib.

Emin tədbirə qızı Əminə ilə birgə qatılıb.


Xalq artisti kiçikdən böyüyə, bir sözlə, hər kəsin marağına səbəb olacaq layihə haqqında bu fikirləri səsləndirib:

"Allahverdi İsrafilov demək olar ki, sıfırdan, iki-üç həftə ərzində təşəbbüs göstərərək bütün bunları yaratdı və böyük peşəkar komandasını buraya gətirdi. Düşünürəm ki, layihə "Sea Breeze"in memarlığına unikallıq qatacaq. Bu bütün il boyu daim işləyəcək bir sirkdir. "Sea Breeze" komandası sirkə hər cür yardım və köməklik göstərəcək. Çünki sirk, buraya həqiqətən də çatışmayan element idi. 


Başqa bir yaxşı xəbər də var. Belə ki, "Sea Breeze"də ilk delfinarium yaradılır. Düşünürəm ki, bu, möhtəşəm və yeni bir layihə olacaq. Mənə sirk hazırlamağımı desəydilər, minlərlə il bu işin öhtəsindən gəlməzdim, çünki bu iş peşəkarlar tərəfindən görülməlidir. Bu gün biz "Luna Park" çərçivəsində çoxlu sayda uşaqla ilk xeyriyyə şousunu edirik və yaxın günlərdə su parkının da açılışı olacaq. Hər kəsi təbrik edirəm!"

Uşaqlıq yaşlarından sirki sevdiyini söyləyən sənətçi vaxtaşırı övladlarını oraya apardığını bildirib:

"Mən sirki çox sevirəm. İndi də sevirəm.  Uşaqları da sirkə aparıram. Sirki məni oraya aparan valideynlərimlə əlaqələndirirəm. Sirk həmişə mehriban, parlaq və əlbəttə ki, ailədir. İstəyirəm ki, qonaqlarımız "Sea Breeze"ə gələndə bu duyğuları yaşasınlar".

Allahverdi İsrafilov bu məkanda yaratdığı sirkin unikallığından söz açıb:


"Sirkin girişində, divarlarında kiçik bir muzey var, orada "Monte Karlonun əfsanələri" beynəlxalq festivalının afişalarını görə bilərsiniz. Yeri gəlmişkən, onu da qeyd edim ki, mən özüm sayca 36-cı "Monte Karlonun əfsanələri" beynəlxalq festivalında birinci yeri tutmuşam. Bizim əla xarici səviyyəli proqramımız var. Çoxlu yumor, akrobatlar, hava gimnastları və s. Monte Karloda təmsil oluna bilən sirkimizdə dünya səviyyəli proqramların yaradılmasını istərdim.


Layihənin təsisçilərinin müsahibəsindən sonra  "Monte Karlonun əfsanələri" beynəlxalq sirk proqramının təqdimatı baş tutub. Bu sirk şousu heyrətamiz akrobatik fəndlər, virtuoz hoqqabaz sehri və yüksəkliklərdə heyrətamiz performans sənəti vasitəsilə Monte Karlonun əsl əfsanələrinin ustalığını nümayiş etdirib.

Şounu daha da maraqlı edən isə peşəkarların rəhbərliyi altında azadlıq və lütf ruhunu təcəssüm etdirən Qarabağ atları ilə görüşəcək “Equilibrists” dünyasına qərq edib.
 






Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

Ronaldo niyə milliyə çağırılmayıb?

Ronaldo niyə milliyə çağırılmayıb?

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

“Liverpul”da CİDDİ İTKİ

“Liverpul”da CİDDİ İTKİ

Sumqayıtda ev yanıb - FOTO

Sumqayıtda ev yanıb - FOTO

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

İran rialı kəskin BAHALAŞDI

İran rialı kəskin BAHALAŞDI

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Hidayət Heydərov üçün "bürünc" şansı

Hidayət Heydərov üçün "bürünc" şansı

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

DİN: Axtarışda olan 9 nəfər tapılıb

DİN: Axtarışda olan 9 nəfər tapılıb

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

DİN: Ötən gün qanunsuz saxlanılan 14 odlu silah aşkarlanıb

DİN: Ötən gün qanunsuz saxlanılan 14 odlu silah aşkarlanıb

ABŞ Hörmüz boğazında hərəkəti bloklamaq üçün istifadə olunan katerlərə zərbə endirdi - VİDEO

ABŞ Hörmüz boğazında hərəkəti bloklamaq üçün istifadə olunan katerlərə zərbə endirdi - VİDEO

Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı

Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı

Bölgələrdə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Bölgələrdə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Ordenli deputatlar - “Vətənə xidmətə görə” təltif olunanlar - SİYAHI

Ordenli deputatlar - “Vətənə xidmətə görə” təltif olunanlar - SİYAHI

End of content

No more pages to load

RADİO