Qərbi Azərbaycan Xronikası: "Erməni nazir dedi ki, “yaxşı işi sizə yox, özümüzünkülərə verərəm”"

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

Bizim.Media xəbər verir ki, "Göy məsciddə namaz qılanda ermənilər bizə daş atırdılar" adlı veriliş 90 yaşlı İrəvan şəhər sakini Rəfiqə Məmmədovanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq, orta məktəb illərindən, İrəvan Pedaqoji İnstitutunu bitirdikdən sonra həyat yoldaşı ilə Dərələyəz rayonunun Qovuşuq kəndində 10 illik məktəbdə üç il işlədiyini, yenidən İrəvan şəhərinə qayıtdıqlarını, işlə təmin edilmədiklərini deyib: "Biz nazirliyə getdik dedik ki, bizə iş verin, işləyək.

Nazir bizə baxdı və çox qeyzlə dedi ki, siz azərbaycanlısınız, sizə iş vermərəm. Çünki o işi mən elə öz ermənilərimə verərəm. Yaxşısı budur ki, başınızın çarəsini qılın və öz yerinizə, yurdunuza çıxın gedin".

Onun sözlərinə görə, məktəb illərində Dərələyəz, Dərəçiçək, Göyçə mahallarına istirahətə getdiklərini, o illərin çox gözəl keçdiyini söyləyib:

"Ancaq orada azğın ermənilər öz mənfur sifətləri ilə bizə orada yaşamağa icazə vermədilər. Böyük sahədə bağımız var idi, ucu-bucağı görünmürdü. Gəldilər həmin bağın bir yanını sökdülər və iki dərə arasından körpü saldılar, adını da Razdan qoydular. Bizim bütün torpaqlarımızı əlimizdən aldılar. Ermənidili müəllimimiz var idi, bizi heç sevmirdi, qiymətimizi kəsirdi, ədavət aparırdı. Su gətirəndə erməni uşaqlar yerdəki palçığı, daşı, çör-çöpü suyun içinə tökürdülər".

R.Məmmədova ata-anasının və özünün şahidi olduğu erməni məkrliyindən də danışıb: "Atam həmişə ermənilərin azğınlığından, onların törətdiyi vəhşiliklərdən danışırdı. Anam deyirdi ki, 1918-ci ildə ermənilər bizim camaatımızı diri-diri torpağın altına basdırıb üstünü örtüblər. Erməni qadın türkcə danışdığımız üçün məni və əmim oğlunu tramvaydan düşürdü, dedi ki, türkcə danışanların səsini eşitmək istəmirəm. Ermənilər İrəvanda bütün adları dəyişib öz adlarını qoyurdular. Göy məsciddə namaz qılanda ermənilər bizə daş atırdılar".

R.Məmmədova Vətən həsrəti ilə yaşadığını, qədim İrəvanı hər zaman yuxuda gördüyünü vurğulayıb: "Vaxt gələcək biz öz İrəvanımıza, öz evimizə gedəcəyik. Mənim 90 yaşım var, yenə də doğma İravanıma getməyi çox arzulayıram. İrəvana getsəm, oranı qarış-qarış gəzəcəyəm. Cavanlarımız arzu edirlər ki, İrəvana getsinlər, oranı Azərbaycan məkanı kimi yenə düzəltsinlər".
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

End of content

No more pages to load

RADİO