“Gürcüstan-ABŞ münasibətləri əvvəlki illərdə xeyli zədələnib. Odur ki, münasibətlərimiz yenidən nəzərdən keçirilməlidir”.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze yerli jurnalistlərə açıqlamasında bildirib.
“Mən bilmirəm niyə 2020-2021-ci illərdə, sonra isə 2022-ci ildə iki inqilab cəhdi olub. Bu cəhdlərin hansı səbəbdən edildiyini bilmirəm, amma fakt budur ki, ABŞ-nin Tbilisidəki səfiri o illərdə çox şeyi korlayıb. Onun səhvlərini isə yenidən düzəltmək lazımdır.
Bura hökumətin istefasını və onların iştirakı ilə hökumətin qurulmasını tələb edən Amerika tərəfindən maliyyələşdirilən QHT-lər daxildir”, - deyə gürcü nazir qeyd edib.
Bizim.Media