Sui-qəsdə cəhd nəticəsində güllə yarası alan Slovakiyanın Baş naziri Robert Fitso ən azı bir neçə ay sonra işə qayıda bilər.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Juraj Blanar məlumat yayıb.
“Sui-qəsddən sonra siyasətçinin vəziyyəti yaxşılaşır. Fitsonun Baş nazir vəzifəsinə tam olaraq qayıtması üçün daha bir neçə ay lazım olacaq”, - deyə XİN başçısı qeyd edib.
Bizim.Media