Slovakiyanın güllələnmiş baş naziri Robert Fitso xəstəxanadan evə buraxılıb.
Bizim.Media "Reuters"ə istinadən xəbər verir ki, bu barədə baş nazirin müalicə olunduğu xəstəxana məlumat yayıb.
Qeyd edək ki, mayın 15-də Handlova şəhərində Slovakiya Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. O, 5 güllə yarası alıb və 4 dəfə əməliyyat olunub.
Bizim.Media