Gürcüstan parlamentində Seçki Məcəlləsinə edilən dəyişikliklər təsdiqlənib.
Bizim.Media Gürcüstan mətbuatına istinadən xəbər verir ki, layihə “Gürcü arzusu” deputatlarının təşəbbüsü ilə qəbul edilib.
Dəyişiklik Mərkəzi Seçki Komissiyasının iclasında MSK-nın tam tərkibinin azı üçdə ikisinin dəstəyi ilə keçirilən səsvermənin nəticələrinə əsasən qəbul edilməli olan qərarlara aiddir.
Yeni qərara görə, MSK səslərin azı üçdə ikisinin dəstəyi ilə qərar qəbul edə bilmədikdə, səsvermə yenidən keçiriləcək.
Bizim.Media