Dünən İran-Pakistan sərhədində iranlı hərbçilər pakistanlılara atəş açıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Pakistanın Bəluçistan əyalətinin Vaşuk bölgəsinin komissarının müavini Ömər Camali bildirib.
Pakistan rəsmiləri İranla sərhəddə bu ölkənin sərhədçilərinin atəş açması nəticəsində dörd Pakistan vətəndaşının öldüyünü, daha iki nəfərin isə yaralandığını açıqlayıblar.
Qeyd olunub ki, hazırda Pakistan hökuməti atışmaların səbəbini araşdırır.
Bizim.Media