Müğənni Elnur Məmmədov yeni doğulan körpəsini ilk dəfə üzə çıxarıb.
Bizim.Media xəbər verir ki, sənətçinin sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşdüyü fotoda hər iki övladı yer alıb.
E.Məmmədov şəklə “Balacaya hələ bax, bu da artıq qoşuldu böyüklərə. Allah bütün balaları qorusun” sözlərini yazıb.
Qeyd edək ki, Elnurun İnam və Muhamməd adlı iki oğlan övladı var.

Rəşad Əliyev, Bizim.Media