Hindistanda kişi körpəsinin cinsiyyətini müəyyən etmək üçün hamilə arvadının qarnını oraqla kəsib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 22 illik evlilik həyatında cütlüyün 5 qızı dünyaya gəlib.
Ər hamilə arvadının altıncı qızı dünyaya gətirəcəyindən ehtiyat edərək, oraqla arvadının qarnını yarıb.
Nəticədə qadın xəstəxanaya çatdırılıb. O, sağ qalsa da, bətnindəki körpənin həyatını xilas etmək mümkün olmayıb.
Həkimlər tələf olan körpənin oğlan olduğunu açıqlayıblar.
Bizim.Media