Meyxanaçı Baləli: ““Gelandewagen” almağa cibimdə 12 manatla getmişdim” – VİDEO 

“Mən bazarlarda “bişmişəm”, əziyyət çəkmişəm. Özümü dolandırmışam. Xasiyyətim budur ki, istəmişəm hər zaman cibimdə pulum olsun. Özüm üçün işləmişəm. Geyimimi özüm almışam. Atamın kasıb vaxtını hiss etmişəm. Atalar övladlarına kasıb və ya varlı olduğunu heç zaman bildirmirlər. Uşaqlıqdan çalışırdım ki, valideynlərimə yük olmayım”. 

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Baləli Rzayev qonaq olduğu “Qapqara” verilişində deyib. 

Meyxanaçı ailədə ərköyün böyüdüyünü, lakin elə olmadığını bildirib: 

“Nənəm həyat yoldaşının adını mənə qoyub. O məni uşaqlıqdan ərköyün böyüdüb. Amma mən o ərköyünlüyə getmədim. Mən ərköyün deyiləm. Özümü əziyyətə hər zaman öyrətmişəm. Bilirəm ki, həyatda heç nə asanlıqla qazanılmır”. 

“Ayaqqabı satışı sənə nə öyrətdi?” sualına söz xiridarının cavabı belə olub: 

“Ayaqqabı satmaq mənə bəzən doğru, bəzən isə yalan danışmağı öyrətdi. Bəzən yalan doğru, doğru isə yalan qatmağı öyrətdi. Bir sözlə, mənə alverçiliyi öyrətdi. Uşaqlıqdan ayaqqabı sataraq çox sayda insanlarla ünsiyyət qurdum. Mən bildim ki, insanlara nə lazımdır. Anlayıram ki, sırf meyxanaya köklənərək nələrsə etmək olmaz. Çünki meyxananın özünün belə “şkalası” var. Yəni meyxana bir yerə qədərdir. Bundan qırağa çıxarmaq üçün nələrsə əlav etmək lazımdır. Mən meyxananı daha da zirvələrdə görürəm. Mənim üçün meyxana tək çadırlarda deyil”. 

Baləli avtomobil almaq üçün maşın bazarına cibində 12 manatla getdiyini açıqlayıb: 

“Sonuncu dəfə avtomobil almağa gedəndə cibimdə 12 manat pul vardı. Mən müəyyən qəza keçirmişdim. Dostlarım o qədər məni səmimi qəbul edirlər ki... Həyatda puldan çox yaxşı dostlar qazanmışam. Bilirəm ki, onlar məni darda qoymayacaqlar. Onları da darda qoymayan Allahdır. Allah onları mənə vasitə kimi göndərib. Cibimdə 12 manat pulum vardı və avtomobilimi aşırmışdım. Həmin gündən 3-4 gün keçmişdi, özümə gəlmişdim. Fikirləşirdim ki, dost, düşmən var. Mənə deyirdilər ki, sən kasıb uşaqsan, neynirsən bu “Gelandewagen”i? Axı, “Gelandewagen” tək varlılar üçün düzəlməyib ki... Pulun varsa, istəyirsən sən də al. Bu, zövq məsələsidir. Mən bu avtomobilin xəstəsiyəm. Həvəsim olan şeyə də əlimdən gələni edirəm ki, o mənim olsun. Bu mənim həyat prinsipimdir. Dostuma deyirəm ki, mənim dostlarım da var, düşmənlərim də. Məni düşmənlərimin yanında xar etmə. O pulla da dostumun köməyi ilə “Gelandewagen”i alıb çıxmışam”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

Ronaldo niyə milliyə çağırılmayıb?

Ronaldo niyə milliyə çağırılmayıb?

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

“Liverpul”da CİDDİ İTKİ

“Liverpul”da CİDDİ İTKİ

Sumqayıtda ev yanıb - FOTO

Sumqayıtda ev yanıb - FOTO

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

İran rialı kəskin BAHALAŞDI

İran rialı kəskin BAHALAŞDI

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

End of content

No more pages to load

RADİO