Ukraynanın dövlət borcu 2024-cü ilin aprel ayının sonunda 151 milyard dolları ötüb.
Bizim.Media Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ali Radanın Maliyyə Komitəsinin rəhbəri Daniil Getmantsev Maliyyə Nazirliyinə istinadən məlumat verib.
Məlumata görə, 30 aprel 2024-cü il tarixinə dövlət borcu xarici valyuta ekvivalentində 151,5 milyard dollar təşkil edib. Dövlət borcunun 71,5 faizi xarici, 28,5 faiz isə daxili borcun payına düşür. Dövlət borcunun 74%-dən çoxu xarici valyutadadır.
Bizim.Media