Husilər Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinin iki bazasına hücum ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Yəmənin İranyönlü “Ənsar Allah” hərəkatının hərbi nümayəndəsi Yəhya Səriyyə məlumat yayıb.
“Bizim hərbi hava qüvvələrimiz Qırmızı dənizdə iki Amerika esminesinə qarşı dağıdıcı əməliyyatlar həyata keçirib”, - deyə Səriyyə bildirib.
O qeyd edib ki, əməliyyatlar uğurla nəticələnib: “Həmçinin Husilər üç ticarət gəmisinə - Hind okeanında “Larego Desert” və “MSC Mechela”, Qırmızı dənizdə Minerva Lisa gəmilərinə hücum ediblər.
Bizim.Media